525.Az

“Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət”


 

“Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət”<b style="color:red"></b>

İyulun 11-də “Holiday İnn” hotelində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə reallaşan “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.

Tədbirdə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.

 





08.07.2016    çap et  çap et