525.Az

Prezident İlham Əliyev “Serbiya Respublikası Ordeni” ilə təltif edilib


 

Prezident İlham Əliyev “Serbiya Respublikası Ordeni” ilə təltif edilib<b style="color:red"></b>

Serbiya prezidenti Tomislav Nikoliç bu gün postsovet ölkələri prezidentlərinin “Serbiya Respublikası Ordeni ilə” təltif edilməsi barədə fərman imzalayıb.

APA-nın Serbiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiya ilə MDB və Gürcüstan arasında sülh və dostluq əlaqələrin möhkəmlənməsi və inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə Rusiya prezidenti Vladimir Putin birinci dərəcəli “Serbiya Respublikası Ordeni” ilə, Azərbaycan prezidenti İlham Əliyev isə ikinci dərəcəli “Serbiya Respublikası Ordeni” ilə təltif edilib. Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna prezidentləri də eyni mükafatla təltif olunublar.

 





26.02.2013    çap et  çap et