525.Az

Xocalı soyqırımı Türkiyənin Aydın Universitetində də anıldı


 

Xocalı soyqırımı Türkiyənin Aydın Universitetində də anıldı<b style="color:red"></b>

Türkiyənin Aydın Universitetində Xocalı soyqırımı ilə bağlı panel  keçirilib.

525.az xəbər verir ki, Aydın Universitetinin heyət başqanı Mustafa Aydının rəhbərliyində keçirilən panelə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkilləri Sabir Rüstəmxanlı və Jalə Əliyeva, Milli Məclisin şöbə müdürü İbrahim Yusifzadə, “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıblar.

Tədbirdə çıxış edənlər, Xocalı  faciəsinin Azərbaycan və Türk Dünyasının tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.

Azərbaycanlı və türk çıxışçılar tərəfindən panel iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb.

Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

Tədbirin sonunda məruzəçilər Aydın Universitetinin fəxri diploma ilə ödülləndiriliblər.

Daha sonra Xocalı Soyqırmı ilə  bağlı Universitetdə təşkil olunmuş sərgi panel iştirakçılarına təqdim olunub.

 K.Həmidov

 





26.02.2013    çap et  çap et