525.Az

Gürcüstanda Rusiya bayrağı yandırılıb


 

Gürcüstanda Rusiya bayrağı yandırılıb<b style="color:red"></b> Tiflis (Gürcüstan) şəhərində “Rusiya işğalına qarşı” adlı iki aksiya keçirilib.
 
APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, bu aksiyaların birində Rusiya bayrağı yandırılıb.
 
Aksiya iştirakçılarından biri, həkim Revaz Çantladze bildirib ki, 25 fevral 1921-ci ildə Gürcüstan Rusiya tərəfindən işğal olunub: “Gürcüstanın faciələri məhz həmin gündən sonra başlayıb”.
 
Aksiyalarda Rusiya ordusunun işğal olunmuş Cənubi Osetiya və Abxaziyadan çıxarılması, Gürcüstanın ərazi bütövlüyünün bərpası tələb olunub.
 





26.02.2013    çap et  çap et