525.Az

“Rusiyanın Ukraynadakı hərəkətləri NATO üçün əsas təhdidlərdəndir”


 

“Rusiyanın Ukraynadakı hərəkətləri NATO üçün əsas təhdidlərdəndir”<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama hesab edir ki, 70 illik fəaliyyəti dövründə NATO, Rusiyanın Ukraynadakı hərəkətləri də daxil olmaqla, eyni vaxtda bu qədər təhdidlə hələ üzləşməmişdi.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu barədə NATO-nun Varşavadakı sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
 
“Rusiya müstəqil Avropa ölkəsi olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozub və NATO-ya üzv ölkələrə qarşı təxribat hərəkətlərə yol verir”, - deyə Obama qeyd edib. 
 
Terrorçuluq və qaçqın böhranı da NATO üçün əsas təhdidlər sırasındadır.
 





10.07.2016    çap et  çap et