525.Az

Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb


 

Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Naftalan şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kamal Abdullayev Cümə məscidinə gəlib, dindarlarla görüşüb. Görüşdə Ulu Öndərin banisi olduğu Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlərdən, dövlət-din münasibətlərindən söhbət açılıb. Həmçinin bildirilib ki, məscidlərdə kitabxanaların olması, din xadimlərinin mütəmadi mütaliə etmələri vacib amillərdəndir.

Dindarlar ölkəmizdə dövlətin dinə qayğısından danışıb, onlara göstərdiyi yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 





11.07.2016    çap et  çap et