525.Az

“Qarabağ azanı”nın səsi bizim səssizliyimizi pozacaq"


 

“Qarabağ azanı”nın səsi bizim səssizliyimizi pozacaq"<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin  mətbuat xidmətindən verilən məlumata görə “Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə” kompaniyası uğurla davam etməkdədir.

Mətbuat xidmətinin  bildirdiyinə görə indiyədək Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən artıq, digər regiyonlar üzrə  isə 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və proses davam edir.Xocalı soyqırımının il dönümü  ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin təşəbbüsü ilə ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə” kompaniyasına fevralın 22-də cəbhə xəttinin 2 km-də yerləşən Ağdamın Çəmənli kəndində start verilib.

İşğaldan öncə   Ağdam cümə məscidində oxunan “Qazi Qarabağ azanı” yenidən “Cümşüd” məscidində səsləndirilib.Tədbirdə  Dövlət Komitəsinin sədri Elşad İsgəndərov  ”Qazi Qarabağ azanının” ən azı həftədə bir gün – Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürmüşdü. Bundan başqa Xocalı soyqırımı günü adı çəkilən azanın ölkə məscidləri ilə yanaşı, dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülmüş və tədbirdə iştirak edən xarici ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənmişdi.

”Yeniufuq.az” saytı ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə” kompaniyasının ölkəmizdə milli və mənəvi dəyərlərimizin dirçəlişi,torpaqlarımızın işğaldan azadlığı yolunda vətənpərvərlik  hisslərinin yuksəlişinə səbəb olacağına inanaraq bu lahiyəyə dəstək verməkdədir.   “Yeniufuq.az”  saytı  ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə”kompaniyasına qardaş Türkiyənin Azərbaycandakı din müşavirliyinin və ölkəmizin tanınmış ziyalılarımızın münasibətini öyrənib.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctmai Birliyinin sədri Sevinc Əzimbəyli: “ ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə”kompaniyasına dəstək olmaq hər birimizin üzərində İlahi Haqqdır.”Qazi azanımız” haqqın və haqqımızın səsidir.Bu səsə səs verərək,bu İlahi səsin sehrində mücadilə etmək  vətəni sevmək deməkdir.Birliyimiz adına dövlətimizin bütövlüyü naminə dini komitənin “Qarabağ azanı” ideyasını alqışlayırıq.Milli və dövlətçilik kimi ali dəyərlərimizin  muhafizə olunmasında  ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə”kompaniyasına dəstək vermək hər birimizin vətənə vəfa borcudur.

Türkiyənin    Azərbaycandakı Səfirliyinin Din Xidmətləri müşaviri, dr. Sadiq Erarslan: Biz  Türkiyə dövlətinin din müşaviri olaraq,dini komitənin dəvəti ilə  bu  tədbirdə iştirak etdik.Tədbirdə” Qarabağ azanın” səsləndirilməsi bizi çox təsirləndirdi. Azan müsəlmanın ən ülvi və pak nişanəsidir.Azərbaycan xalqının müsəlman olduğunu düşündükdə isə bu ilahi çağrışın nə qədər dəyərli olduğunu izah etməyə ehtiyac görmürəm.Mən ianıram ki, ”Qarabağ azanı” torpaqların işğaldan azadlığı naminə birlik və bərabərliyin təməlini  möhkəmlədəcək.Qarabağın sıxıntısı bizim də sıxıntımızdır.Türkiyənin ortaq dərdidir.Biz Türk xalqı olaraq,Qarabağlıların yanındayiq.İnanıram ki,qazi” Qarabağ azanı”qardaş Türkiyədədə səslənəcək.”

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov: “ ”Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə”kompaniyasını məndə dəstəkləyirəm.İnanıram ki,” qazi Qarabağ azanı” dövlətimizin bütövlüyü naminə həqiqi vətənsevər və imanlı vətəndaşlarımızı torpaqlarımızın azadlığı yolunda birliyinə səbəb olacaq.”
Ağa Hacıbəyli- ilahiyyatçi : “Qoy bu azan göy səmalarına yüksəlib,millətimizin könül qüvvəsinin vəhdətini birləşdirsin.Qoy bu azan səsi vicdanlarımızın hürr səsini dünyanın dörd bir tərəfinə çatdırsın.Məndə dini komitənin bu ali kompaniyasını ürəkdən dəstəkləyirəm.”

Rəsul Mirhəşimli-yazar,araşdırmaçı:” Mənim də, hər bir Azərbaycanlının da bu azanın ölkəmizin hər bir yerində səslənməsi ən ali istəyidir.İnşallah,qazi azanımız işğal olunmuş torpaqlarımızda da səslənər! Məncə,dinə bağlı olan hər bir ölkə vətəndaşı azanın ruhu ilə yaşayır.Allah-  Təala Qarabağ azanın ölkəmizin hər yerində səslənməsini qismət etsin.Arzu edirəm ki,torpaqlarımızı işğaldan azad edək və  Qarabağ azanını canlı olaraq,orada eşidək!”

Seymur Verdizadə-jurnalist:” O səs İlahidən gəlir.O səs gücünü Haqqdan alır.O səs bizim səssizliyimizi pozacaq.O səs bizi sehrinə salıb doğma Qarabağa aparacaq…”

yeniufuq.az
 





27.02.2013    çap et  çap et