525.Az

Papanın yeni adı bəlli oldu


 

Papanın yeni adı bəlli oldu<b style="color:red"></b>

Katoliklərin dini lideri Papa 16-cı Venedikt sabah vəzifəsindən ayrılacaq.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Venedikt Papalıqdan getdikdən sonra "Emerit Papa" adlanacaq.

Vatikanın mətbuat sözçüsü Federiko Lombardi vəzifədən ayrıldıqdan sonra da 16-cı Venediktə "16-cı Venedikt həzrətləri" deyə xitab ediləcəyini bildirib. Lombardi eyni zamanda 16-cı Venediktin adına təqaüdə çıxan, amma xidmətlərini davam etdirən mənasına gələn "Emerit Papa" sifətinin də əlavə ediləcəyini deyib.

Ağ cübbə geyinəcəyi açıqlanan 16-cı Venedikt papalıq möhürünü əvəz edən "balıqçı üzüyü"nü də təhvil verəcək.

Vatikan bir tərəfdən də 16-cı Venediktin sonuncu qəbul törəninə hazırlaşır. Vatikanın məşhur Əziz Petrus meydanında hazırlıqlar davam edir. Meydana çox sayda stul yerləşdirilib, Konsiliazyone prospektinə isə nəhəng ekranlar qurulub. Papa Cozef Ratzinger sabah bu meydanda sonuncu dəfə katoliklərin qarşısına çıxacaq. Yerli vaxtla saat 17:00-da Vatikandakı yazlıq sarayına getməsi planlaşdırılan Papa saat 20:00-da rəsmən vəzifəsindən ayrılacaq.

 





27.02.2013    çap et  çap et