525.Az

Dündar: ”Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır”


 

Dündar: ”Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır”<b style="color:red"></b> ”Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır”
 
APA-nın məlumatına  görə, bu sözləri "Habertürk" kanalının  canlı yayımına telefonla bağlanan baş qərargahın rəis əvəzi, ordu generalı Ümid Dündar deyib.
 
Çevriliş təşəbbüsünün qarşısının alınması üçün I ordunun öz öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdiyini və bunun sayəsində çevriliş təşəbbüsünün uğur qazanma ehtimalının sıfır olduğunu deyən ordu generalı Dündar, Trakiya bölgəsindən çağırdıqları zirehli hərbi birləşmələrin İstanbuldakı hərbi birləşmələri daha da gücləndirdiyini vurğulayıb.
 
Ümid Dündar, xunta üzvləri tərəfindən girov alınmış keçmiş baş qərargah rəisi, ordu generalı Hulusi Akarın vəziyyətindən xəbərdar olmadığını bildirib.
 





16.07.2016    çap et  çap et