525.Az

Raffi Ovannsiyan İrəvanda ardıcıl 9 gün Azadlıq meydanında mitinq keçirəcək


 

Raffi Ovannsiyan İrəvanda ardıcıl 9 gün Azadlıq meydanında mitinq keçirəcək<b style="color:red"></b>

 İrəvan meriyası Raffi Ovannisyan tərəfdarlarının martın 2-dən 10-na qədər Azadlıq meydanında mitinq keçirməsinə icazə verib.

 APA-nın “Aemenia Today” saytına istinadən verdiyi məlumata görə, meriyanın saytında bildirilib ki, aksiyalar martın 3-də, 8-də, 9-da və 10-da saat 15-dən 19-ə qədər, martın 4-də, 5-də, 6-da və 7-də isə saat 16-dan 19-a qədər keçiriləcək.
 
Bundan əvvəl isə şəhər rəhbərliyi R. Ovannisyanın martın 2-də saat 10-dan 21-ə qədər Azadlıq meydanında mitinq keçirməsinə icazə vermişdi.
 
Xatırladaq ki, aksiyalarda seçki saxtakarlığına etiraz ifadə olunacaq.   

 





27.02.2013    çap et  çap et