525.Az

Britaniya hökumətinin saytında Xocalıya dair petisiya yerləşdirilib


 

Britaniya hökumətinin saytında Xocalıya dair petisiya yerləşdirilib<b style="color:red"></b>

Baş nazirin saytında Xocalıya dair petisiya yerləşdirilib

525.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə Böyük Britaniya baş nazirinə ünvanlanmış petisiyanın imzalanması kampaniyasına (http://teas.eu/az/khojaly) başlayıb. 

Britaniya hökumətinin saytında yerləşdirilən (http://epetitions.direct.gov.uk/petitions/45878) petisiyada baş nazir Deyvid Kemerondan Xocalı qətliamı və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən bəyanat verməsi təkid edilir.

Petisiya Böyük Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.

 

 





27.02.2013    çap et  çap et