525.Az

Deputatlar Maliyyə Nazirliyini tənqid etdilər (VİDEO)


 

Deputatlar Maliyyə Nazirliyini tənqid etdilər <b style="color:red">(VİDEO)</b>

Bu gün Milli Məclisin sosial siyasət komitəsinin iclasında Maliyyə Nazirliyi tənqid edilib. “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsini müzakirə edən millət vəkilləri Maliyyə Nazirliyinin bu məqsədlə ayrılacaq vəsait haqqında indiyə qədər sənəd təqdim etmədiyini bildirib.

Məsələ ilə bağlı danışan deputat Musa Quliyev bunları deyib: “Hər bir uşağın ən azı bir dəfə müayinəsi 30 manatdan aşağı olmayacaq. Bir ultrasəs müayinəsi hardasa 100 milyon manat vəsait tələb edir. Bu uşaqların isə hardasa 30 faizi təkrar müaiynədən keçiriləcək. Maliyyə Nazirliyi hesabat versin ki, nə qədər maliyyə vəsaiti ayırır. Biz də Milli Məclisdə müzakirə edəndə, deməyə sözümüz olsun”.

 





27.02.2013    çap et  çap et