525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)
 

(Əvvəli 2 iyul sayımızda) 

Fəhlə məsələsi 

Bundan sonra “Müsavat” şöbəsi tərəfindən məsai nazirinə xitabən böylə bir sorğu veriliyor:

Azərbaycan Məclisi-Məbusan Rəyasəti-Alisinə:

“Müsavat” şöbəsi aşağıdakı sualın məsai nəzarətinə verilməsini təklif ediyor:

Azərbaycan məsai naziri bəy əfəndi həzrətlərinə

Məsai naziri yəqin biliyorlar ki, Bakı əmələlərinin halı olduqca müşkül bir vəziyyətdədir ki, əvvəlcə “Sovet syezd” tərəfindən təsis olunmuş xəstəxanələr imdi xarab bir haldadırlar. Əmələlər dava-dərman tapa bilmiyorlar. Əmələ mənzilləri hifzüssihhə nöqteyi-nəzərindən fəna bir haldadır. Zavod komissiyaları ilğa edilmiş, bu üzdən ərzaq paylamaq və sair bu kibi xüsuslar da fəhlələr bir çox təshilatdan məhzum qalmışlardır. “Kollektivni doqovor” yoxluğu üzündən əmələnin məvacibini azaltmışlar. Verilən gündəlik maaş zəmanəmizdəki bahalığa nisbətlə məsarifin yarısını belə ödəmiyor. Bundan əlavə, ümumi işsizlik üzündən əmələlər ac qalıyor, tədricən ölüyor, min cürə xəstəliklərə düçar oluyorlar. Əmələnin maddətən halı böylə pərişan ikən, mənəvi halı da qaranlıqdır. Gecə kursları, məktəblər, xəlq yurdları yoxdur. Əmələ mühiti qaranlıq bir aləm təşkil ediyor. Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən olanlar istifadə ediyorlar.

Əcəba, məsai nəzarəti əmələnin maddi və mənəvi ehtiyacını rəf eləmək, eyni zamanda da maaşını yoluna qoymaq və məsainin mənafeyini qanunən mühafizə eləmək üçün nə kibi planlar və tədbirlər düşünməkdədir?

“Müsavat” şöbəsinin rəisi: Məhəmməd Əmin Rəsulzadə

(axırı var)

“Azərbaycan”, 12 yanvar 1919, № 85

İza - əziyyət, incitmə
Diriğ - əsirgəmə
İstimdad - imdad, kömək istəmə
Tədib - tərbiyə vermə, cəza vermə
Əfal - işlər, fırıldaqlar
Tövqif - saxlama, dayandırma
Mürkətib - cinayətə, günaha əl atmış
İstida - xahiş
Məlhuz - nəzərə çarpmış
Məznun - şübhəli
Təzhil - asanlaşdırma

Azərbaycan Məclisi-Məbusanında Fəhlə məsələsi

(keçən nömrənin axırı) 

Sorğu oxunduqdan sonra Abbasqulu Kazımzadəyə söz veriliyor:

Abbasqulu Kazımzadə - Qızğın və həssas bir nitq söyləyərək fəhlələrin cahan hadisatındakı mövqei, demokratiya nümayəndəsi olan müttəfiqlər nümayəndələrinin Azərbaycanı qəbul və parlamanı mühafizə etmələri, xırda millətlər və yeni hökumətlərin bu gün ancaq demokratiya fikir hakimliyi nəticəsi olaraq sülh konfransında yer almağa müvəffəq olduqlarını, bu gün cahan əmələ və zəhmətkeşlərinin “istəsələr yaparlar, istəsələr yıxarlar” dərəcəsində mətin bir vəziyyət aldıqlarını qeydlə Azərbaycan fəhlələrinə nəqli-kəlam edərək diyor ki:

Fəhlə Azərbaycanda da az degildir. Mis mədənlərində, balıq vətəgələrində, Bakı neft mədənlərində, Şəki ipək zavodlarında, tənbəki fabrikalarında və sair yerlərdə işləyən on minlərlə fəhlələrin halı Azərbaycan hökumətini düşündürməlidir. Görüyorsunuz ki, bunlar hökumətin sütunu, istiqlaliyyətimizin əskər məqamında xadimləridir. Hökumət onların istirahət və ehtiyaclarını təmin edərsə haman o fəhlələr istiqbalda hökumətə zəhir olurlar (Mərkəzdən alqış). Madam ki, böylə bir qüvvəyə möhtacız, şimdidən o qüvvənin yaşayışını, həyatını tənzim üçün yaxşı əsaslar hazırlamayı düşünməlidir. Möhtərəm məbuslar, buna diqqət edilərsə bu məsələyə çox əhəmiyyət verər və bu qüvvəyə pasiban olarsınız. Kontrol qoymalıdır ki, onların hüququna təcavüz edilməsin, bu gün cahanə ədalət, üxüvvət, müsavat şüarı atan onlardır, onlar cəmi dünyayə “Yaşa, özgəyə də yaşamağa müsaidə ver” diyorlar. Sorğumuzda bu gün biz onların fəna halını ancaq müxtəsərən yazmışıq. İnanıyoruz ki, məsai naziri bu barədə təşəbbüslər etmiş, düşünmüşdür. Bu məsələyə əcələ baxmalıdır. Biz diyoruz ki, fəhlənin ruhuna qəza verən məktəblər, xəlq yurdları qapalıdırlar, gecə kursları yoxdur. Yemək-içmək də böyük ücrət çəkirlər, ucuz xörək məəttəəssüf verilmiyor. Yaşadıqları yerlər hifsi-səhiyyəyə müğayirdir, istinad etdiyimiz o qüvvə bu gün məhv olub gediyor. Səfalət və aclıq bəlasına düçar oluyor, uşaqları məktəbsiz, xəstələri mərəzxanəsizdir. Hətta uşaqları məktəbə, xəstələri xəstəxanəyə aparmaq üçün araba veriliyordu. İmdi bu da yoxdur. Xəstəxanələrin çoxu işləmiyor. Fəhlə hücrələrdə ölüyor, kömək edilmiyor. Aldığımız məlumata görə xırda mədənlərdə 51, 16, 24-cü uçastoklarda fəhlələri işdən çıxarıyor və bəzi mədənlərdə 8 saat əvəzinə 14 saat işlədiyorlar. Bunların həpsi bir yerdə toplandıqda görüyoruz ki, fəhlə məhv olub gediyor. Ona görə ciddi çalışmaq lazımdır. Məsai naziri bunlar həqqində qəti və ciddi tədbirlər görməlidir.

Qarayev - Bu məsələdən təəccübləniyor, çünki bu məsələyi “Müsavat” firqəsi qaldırıb müsavatçılar fəhlənin dərdinə qalıyorlar. Amma bununla bərabər natiq məsələnin məğzini axtardığı üçün bu fikri o da müdafiə ediyor. Zavod, fabrika komitələrinin dağılmasından şikayətlə məsai nəzarəti yoxluğundan fəhlələrin dərdlərini deməgə yer tapmadıqlarını bəyanla bundan böylə məsai nəzarətinin təşkili ilə fəhlələrin dərdlərinə baxılacağını göstəriyor və rica ediyor ki, “hər halda Müsavat böylə məsələləri tez-tez qaldırsın”.

Rəhim Vəkilov - Qarayevə cavabla fəhlələrin hərəkəti və Müsavatın fəaliyyətini dəlil gətirərək diyor ki: “Həmişə Müsavat fəhlə ilə, fəhlə də Müsavat ilədir”. Fəhlə hər zaman kəndi hüququnu hər yerdə, hər dəqiqə müdafiə edən Müsavat ilə bərabərdir. Bizim firqəmiz fəhlələrdə sinif hissindən başqa bir də milli hiss oyadacaqdır. Onlar artıq qoymayacaqlar beynəlmilliyyət adilə kəndilərini aldatsınlar. Gözü açıq, ora gələn fəhləmiz həmişə kəndi mənfəəti ilə bərabər millətin də mənafeyini gözliyor. Ona görə də hankı firqə ətrafına toplanmağı biliyorlar.

Kiçikxanov - Müsavat fraksiyasının fikrinə tamamilə şərik olaraq xahiş ediyor ki, Azərbaycanın hər yerində fəhlələrin dərdinə çarə edilib ehtiyacları nəzərə alınsın.

Səfikürdski - Varid olan sorğuya məsai nazirini əvəz edən Səfikürdski həzrətləri cavab verərək böylə bəyanat veriyor - diyor ki:

Mötərəm məbuslar! Siz biliyorsunuz keçən hökumət zamanında məsai nəzarəti yox idi. Ancaq yeni hökumət fəhlə məsələsinə diqqət verərək məsai nəzarəti təşkil etməgə qərar verdi. Özünüz görüyorsunuz ki, şimdi hökumət fəhlə məsələsinə nə qədər məna və əhəmiyyət veriyor. Müvəqqəti olaraq bu vəzifə 5-10 gündür ki, bənə tapşırılmışdır. Bu isə bənim üçün zəhmət olmuyub şövq ilə qəbul etdigim bir vəzifədir. Yaxın vəqtdə təşəkkül etmiş olduğundan məsai nəzarəti həqqində bən müfəssəl məlumat verə bilmiyəcəgəm. Çünki tazə gəlmişəm. Nitqlərdə söylənənlər tamamilə doğrudur. Hətta öylə şeylər var ki, bilsəniz başınızın tükü ayağa durar. Doğrudan fəhlənin halı dedikcə həmişə zəhmətin ağırı fəhlə üzərinə düşmüşdür. Ona görədir ki, axır zamanlar fəhlə məsələsinə çox artıq əhəmiyyət veriyoruz. Gündə ortaya bir məsələ çıxıb bizi işğal ediyor. Əlavə burada fəhlə konfransı vardır. Orada fəhlə tərəfindən gələn nümayəndə hər nə danışıyorlarsa ancaq Azərbaycan istiqlalı, Azərbaycan hökuməti zərərinədir. Bunlardan Azərbaycan istiqlaliyyəti müdafiə nöqteyi-nəzərində bulunan yoxdur. İçlərində müsəlman fəhləsi də var. Amma azdır. Biz təşəbbüs ediyoruz ki, konfransda müsəlman fəhləsi nümayəndələrinin miqdarı artıq olsun. Konfransda müsəlman fəhləsinin miqdarı çox olarsa, o sözlər ki, parlamana, istiqlalımıza toxunuyor, müsəlman nümayəndələri orada müdafiə edə bilərlər.

Bəzi mədənlərdə konfransa gedən fəhləyə ayrı nəzərlə baxaraq hətta onları qulluqdan çıxarıyorlar. Bu xəbər yetişəcək bən əmr etdim təhqiq olunsun. Məlum oldu ki, fəhləyi ancaq siyasi mülahizə ilə çıxarıyormuşlar.

Binaənileyh qovulan fəhlələrin geri qəbul edilməsi həqqində əmr verdim. Əgər əməl edilməsə ciddi tədbir görəcəm. Çünki bən deyirəm, biliyor və inanıyoram ki, hökuməti və parlamanı ancaq fəhlənin köməgilə saxlaya bilərsiz. Bunu bilən bir hökumət əlbəttə fəhləyi nəzərdən uzaq tutmaz. Ona görədir ki, bütün nazirlərin həmrəy olduqları halda bacardığı qədər fəhlələrin mənzil, xəstəxanə, məvacib və məktəb məsələləri uğrunda çalışır, bunu nəzərdə tutunuz ki, yalnız Azərbaycan fəhləsi degil, sair məmləkət fəhlələri də bundan yaxşı halda degildir. Doğrudur bu saat ancaq bolşevik fəhlələrin halı yaxşıdır. Amma onların da yaxşı halı çox çəkə bilməz. Bir ay, iki ay sonra onların halı sairlərinkindən bədtər olacaqdır. Bən hər şeydən ziyadə fəhlə təşkilatına əhəmiyyət verərək əmr etdim yarısı fəhlə, yarısı iş sahibləri nümayəndələrindən olmaq üzrə 10 nəfərdən ibarət bir komissiya seçilsin. Bu komissiya fəhlə işlərinə baxaraq məsai nəzarətinə təqdim etməlidir. Komisyonun sədri də məsai naziri olacaqdır. Komisyonun qərarı nə olsa bən onu yeridəcəm. Bundan əlavə qarşımızda bəzi böyük məsələlər var, əzcümlə müştərək müqavilə (kollektiv) ki hazırda fəhlə konfransında da müzakirə edilməkdədir. Parlaman bu barədə fikrini deməklə böyük xidmət göstərmiş olacaqdır.

Nazirin bəyanatından sonra sədr cənabları “Müsavat” tərəfindən verilmiş olan təklifi oxuyur: “Müsavat” fraksiyonu tərəfindən Bakı əmələlərinin əhvalı həqqində məsai nazirinə verilən sorğuya qarşı məsai nazirinin vermiş olduğu bəyanatı kafi görməklə və təqdir etməklə bərabər Məclisi-Məbusan nazirin ümumi surətdə söylədigi əsasların tezlik ilə qövldən-felə gətirilməsini təklif ilə növbədəki məsələlərin müzakirəsinə keçiyor.

Təklif ittifaqi-ara ilə qəbul olunur. 

Lənkəran və Muğan məsələsi

Bundan sonra Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi tərəfindən Lənkəran və Muğan həqqində Rəisi-Vükəla həzrətlərinə xitabən verilmiş olan zeyldəki sorğu oxunuyor:

Azərbaycan Məclisi-Məbusan rəisi həzrətlərinə

“Müsavat” şöbəsi aşağıdakı istizahın hökumət rəisinə verilməsini təklif ediyor:

Azərbaycan heyəti-vüzəra rəisi Fətəli Xan Xoyski həzrətlərinə

Vətənin ayrılmaz bir cüzini təşkil edən və paytaxtımızın bögründə bulunun Lənkəran uyezdinin bir taqım özbaşına şəqilər əlində hər növ zülm və cəbrlərə məruz qaldığı, bura müsəlman əhalisinin min dürlü təcavüzlərə, işgəncələrə, haqsızlıqlara giriftar olduqları, Muğan Cümhuriyyəti adı ilə tüğyan edən şəqilərin kəndilərini Muğan hökumətini tanımağa icbar elədikləri hökumətə məlum olmaya bilməz. Hökumətin bu zavallı uyezdi, bu qəddar şəqilər təsəllütündən qurtarmaq üçün nə kibi tədbirlərə müraciət elədigini bilmək istəriz.

“Müsavat” şöbəsinin rəisi Məhəmməd Əmin Rəsulzadə

Hacı Mirzə Səlim Axundzadə - (Lənkəran nümayəndəsi) Sorğunu müdafiə edərək çox qızğın və səmimi bir nitq söyliyərək Lənkəran və Muğan müsəlmanlarının halını təsvir, sabiq hökuməti tənqid ediyor və əhali-islamiyyənin əhvali-əsəfnakini təsvir üçün böylə bir məruzə oxuyur:

(Ardı var)

 





18.07.2016    çap et  çap et