525.Az

Ucalıq rəmzidir... - (şeir)


 

Ucalıq rəmzidir... - <b style="color:red">(şeir)</b>

Təzadlar dinc, rahat buraxmır Onu,
Gah dalğın görünər, gah şən - Buludxan;
Alıb kürsüdəki coşqunluğunu
Göyün göndərdiyi seldən Buludxan.

Kiçik salnaməmi uşaqlıq çağı,
Qalıb qəriblikdə ata ocağı;
Kövrəlib soruşur qədim torpağı
Qorqud sazındakı teldən Buludxan.

İşlə bəzəyərək hər ötən günü,
Heyrətə gətirir boş hay-küyçünü...
Gözün işığını, sözün gücünü
Alıb güvəndiyi eldən Buludxan.

Düşməz yaxınına əyrilik, fəsad...
Ucalıq rəmzidir daşıdığı ad;
...Olub akademik, ordenli ustad -
Yenə dərs deyəcək dildən Buludxan.

Ey əziz məzunu məşhur Ehramın,
Köksün yuvasıdır min xoş məramın!
Mübarək əllinci kimlik bayramın,
Salam var gələcək ildən, Buludxan!

12.07.2016

 





18.07.2016    çap et  çap et