525.Az

Bakı metrosunda havalandırma sistemi yaxşılaşdırılır


 

Bakı metrosunda havalandırma sistemi yaxşılaşdırılır<b style="color:red"></b> Bakı Metropoliteninin tunellərində iqlim şəraitini normativ göstəricilərə uyğunlaşdırmaq məqsədilə 10 ventilyator yenisi əvəz olunub.

525.az-ın Bakı Metropliteninin saytına istinadən verdiyi məlumata görə, gücün artırılması məqsədilə 6 ventilyatorda rotorlar dəyişdirilib.

"Tam yeni quraşdırılan ventilyatorlar, eləcə də rotoru yeniləşdirilmiş ventilyatorlar əvvəlkilərə nisbətən daha məhsuldardır", - məlumatda qeyd edilir.

1998-ci ildə metropolitendəki 61 ventilyatordan ancaq 20-si işləyirdi. Cəmi 5-6 il ərzində demək olar ki, bütün nasaz hava qurğuları təmir olunub, istifadəyə verilib. Amma bəzi ventilyatorların yeniləri ilə əvəzlənməsi vaxtı da çatmışdı.
 





27.02.2013    çap et  çap et