525.Az

Hava küləkli və yağışlı olacaq


 

Hava küləkli və yağışlı olacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-21, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Respublika ərazisində yağışlı, küləkli hava şəraiti yaxın günlərdə davam edəcək.

 





26.09.2012    çap et  çap et