525.Az

Novruz bayramına qədər mart ayının pensiyası veriləcək


 

Novruz bayramına qədər mart ayının pensiyası veriləcək<b style="color:red"></b>

Qarşıdakı Novruz bayramınadək Azərbaycanın bütün pensiyaçıları mart ayının təqaüdlərini alacaqlar.

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov bildirib.
 
Onun sözlərinə görə, hazırda DSMF-nin 40-50 mln. manat məbləğində sərbəst vəsaiti mövcuddur: «Bununla yanaşı, martın ilk iki həftəsində Fonda daxil olacaq vəsaitlər, həmçinin dövlət büdcəsindən Fond üçün nəzərdə tutulan transfertlər martın 19-dək ölkənin bütün pensiyaçılarına mart ayının təqaüdlərini verməyə imkan yaradacaq».

 





28.02.2013    çap et  çap et