525.Az

Xocalı soyqırımı əsir və girov ailələri tərəfindən anılıb


 

Xocalı soyqırımı əsir və girov ailələri tərəfindən anılıb <b style="color:red"></b>

«Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyində Xocalı faciəsinin 21-ci il dönümü münasibətilə anım mərasimi keçirilib. Birliyin sədri Esmira Orucova bildirib ki, Xocalı soyqırımı XX əsrin törədilmiş ağır faciələrdən biridir. Onun sözlərinə görə, ermənilərin törətdiyi bu faciə nəticəsində Xocalı şəhəri tamamilə darmadağın edilib, şəhər əhalisi xeyli hissəsi soyqırıma məruz qalıb: «Ermənilər dinc sakinləri girov götürməklə yanaşı, onlara qəddarcasına işgəncələr verib. Nə qədərdə ağır olsa, bu gün hələ də ermənilər əlində Xocalıdan olan girov və əsirlər var. Azərbaycan dövlətinin əlində bununla bağlı xeyli faktlar olmasına baxmayaraq, ermənilər əsir və girovların olmadığını bəyan edirlər. Çox təssüflər olsun ki, dünya ictimaiyyəti, eləcə də beynəlxalq təşkilatlar hələ də Xocalıda baş verənlərə layqed yanaşır».

Xocalı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev bildirib ki, bu soyqırım təkcə xocalıların, Azərbaycanın faciəsi deyil, bütün dünya ölkələrinin faciəsidir: «Xoclıdakı soyqırım 1992-ci ildə törədilib, amma heç kim deyə bilməz bu faciə harada törədiləcək. Bu mənada hesab edirəm ki, dünya dövlətləri Azərbaycanın haqlı səsinə səs verib, Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı tanımalıdırlar».

Tədbirin sonunda «Azersun Holding» şirkəti tərəfindən Xocalıdan olan əsir və girov ailələrinin üzvlərinə ərzaq yardımı verilib. Əsir və girov ailələrinin üzvləri onlara daim diqqət və qayğı göstərən «Azersun Holding» şirkətinin prezidenti Abdolbari Gozzala minnətdarlıqlarını bildiriblər.      

BƏXTİYAR

 





26.02.2013    çap et  çap et