525.Az

Bakının mərkəzində çoxmərtəbəli bina yanır (Yenilənib, VİDEO)


 

Bakının mərkəzində çoxmərtəbəli bina yanır<b style="color:red"> (Yenilənib, VİDEO)</b>

Bakıda 18 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.  
 
Yasamal rayon Yanğından Mühafizə Xidmətinin rəisi Rəşad Rəsulov yanğının 18 mərtəbəli yaşayış binasının 2-ci blokunda, şaxtada başladığını deyib. Yanğın 1-ci mərtəbədən 18-ci mərtəbəyədək genişlənib, 120 kvadratmetr ərazi yanıb.
 
Xəsarət alan olmayıb. Evlərə ziyan dəyməyib


.........
Bakının mərkəzində çoxmərtəbəli bina yanır. Hadisə yerində olan şəxslərin Lent.az-a verdiyi məlumata görə, Yasamal rayonu ərazisində Zivərbəy Əhmədbəyov küçəsində (Caspian Plaza ilə üzbəüz) çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. Əraziyə bir neçə yanğınsöndürmə briqadası gəlib.

 





28.02.2013    çap et  çap et