525.Az

Səfər Əbiyevdən xəbərdarlıq


 

Səfər Əbiyevdən xəbərdarlıq

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstarı qəbul edib.

Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyindən verilib. Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri təbrik edən müdafiə naziri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən naliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.

Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib.

Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.

 





26.09.2012    çap et  çap et