525.Az

Tanınmış jurnalist Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib


 

Tanınmış jurnalist Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib<b style="color:red"></b>

Azərbaycanın tanınmış publisisti və yazıçısı Tofiq Yusifov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

Akademiyanın Rəyasət Heyətinin bu il iyunun 26-də keçirilmiş iclasında Tofiq Yusifovun Avropa dəyərlərinin təbliği, Azərbaycan-Avropa inteqrasiya prosesləri, insan hüquqları və azadlıqları, ölkəmizdə açıq cəmiyyətin formalaşması və bərqərar olması proseslərinin tədqiqi üzrə uğurlu araşdırmaları və publisistika sahəsində çoxillik elmi-praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edilib.

Avropa Təbiət Elmləri Akademiyası 2002-ci ildə vahid ümumavropa elmi mühitinin formalaşdırılması məqsədi ilə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.

Tofiq Sədrəddin oğlu Yusifov 40 ildən çoxdur mətbuat sahəsində çalışır. 1979-cu ildə Bakı Dövlət Universitetinin ( keçmiş ADU) jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitiriı, əmək fəaliyyətinə həmin il "Şəki fəhləsi" qəzetinin müxbiri kimi başlayıb.

1990-2006-cı illərdə " Səhər" qəzetində şöbə müdiri, "Günay"qəzetində müxbir, ədəbi redaktor, şöbə müdiri, parlament müxbiri, baş yazar və baş redaktor(10 il ərzində), "Aydın sabah" qəzetində baş redaktor, "Fakt" və Azərbaycan-Türk İnformasiya Agentliklərində (ATA) baş redaktor vəzifələrində işləyib.

2002-ci ildən eyni zamanda həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Filologiya üzrə fəlsəfə doktoru (2012), "Təfəkkür" Universitetinin professoru (2009), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademikidir(2015) . 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə " Tərəqqi" medalı ilə təltif edilib. Ali Media, H.B.Zərdabi, "Qızıl qələm" və digər jurnalistika mükafatlarının laureatıdır.

T.Yusifov eyni zamanda Zərdabi Mətbuat Mərkəzinin təhsil və media sahəsində eksperti kimi də fəaliyyət göstərir.

 





22.07.2016    çap et  çap et