525.Az

Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edib


 

Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının sakinlərini qəbul edib.

Xidmətdən 525.az-a verilən məlumata görə, qəbulda 45 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 





22.07.2016    çap et  çap et