525.Az

Münhendə silahlı insident: 10 ölü, 21 yaralı - Yenilənib


 

Münhendə silahlı insident: 10 ölü, 21 yaralı - <b style="color:red">Yenilənib</b> Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların isə 21-ə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan bəziləri ağır, digərləri isə yüngül xəsarət alıblar.
 
Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib. Onun sonradan özünə qəsd etdiyi bildirilir.
 
Xatırladaq ki, iyulun 22-də Münhendə naməlum silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.
 
*** 02:57
 
Münhendə baş verən silahlı insident nəticəsində 20 nəfər xəsarət alıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Münhen polisi faktı təsdiqləyib.
 
Bildirilir ki, Münhendə ictimai nəqliyyat səhərədək işləməyəcək.  Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
*** 00:42
 
Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
 
Qeyd edək ki, iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində naməlum silahlılar atəş açaraq 9 nəfəri öldürüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
22.07.16 *** 23:36
 
Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
 
“İndiyədək tərəfimizdən 6 ölüm faktı qeydə alınıb”, polis rəsmisi qeyd edib.
 
O, silahlıların kimliyi və motivləri barədə məlumat verməyib.
 
Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir, onların axtarışı istiqamətində əməliyyat davam etdirilir.
 
22.07.16 *** 22:16
 
Münhendə baş verən silahlı insident zamanı 3 nəfər ölüb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Bavariya polisinin nümayəndəsi bildirib.
 
Münhendə xüsusi əməliyyat davam edir. Silahlı insidentlə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Təsdiqlənməmiş məlumata görə, “Olympia” ticarət mərkəzində üç nəfər atəş açıb.
 
22.07.16 *** 21:47

Polis Münhendə “Olympia” ticarət mərkəzində silahlı insident nəticəsində ölən və yaralıların  olduğunu təsdiqləyib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların sayı barədə hələ ki, rəsmi  məlumat verilmir.
 
İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.
 
Bununla belə şahidlər Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir.
 
22.07.16 *** 20:58

Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
 
Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi qeyd olunur.
 





23.07.2016    çap et  çap et