525.Az

Ərdoğan: “Bu elə bir xəstəlikdir ki...”


 

Ərdoğan: “Bu elə bir xəstəlikdir ki...”<b style="color:red"></b> “Ölkəmizdə separatçı terror təşkilatını bilirdik, "İŞİD"i bilirdik, PYD-yi bilirdik, YPG-yi bilirdik. Bunları da bilirdik, lakin başqa cür tanınırdılar”.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edərkən deyib.
 
Onun sözlərinə görə, hərbi çevrilişə cəhdi Fətullah Gülənə yaxın qüvvələr həyata keçirib:
 
“Deyirdilər ki, bunlar dini bir qrupdur,  təhsillə məşğul olurlar, silahla əlaqələri yoxdur. Onlar, bu xalqın ödədiyi vergilərlə, bu xalqın pulu ilə alınmış silahı, bütün təyyarələri, helikopterləri, tankları, ağır silahları bu xalqa qarşı istifadə edəcək qədər alçaq, xain və namuszusdurlar. Bu elə bir xəstəlikdir ki, metastaz verib. Heç güman etmədiyimiz yerdən yenidən yarana bilərlər. Lakin biz bunu minimuma endirmək məcburiyyətindəyik ki, yolumuza əminliklə davam edək”.
 





23.07.2016    çap et  çap et