525.Az

Suares: "Messi "Qızıl top"u qazanmağa layiqdir"


 

Suares: "Messi "Qızıl top"u qazanmağa layiqdir"<b style="color:red"></b>

"Barselona"nın hücumçusu Luis Suares yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu Avropa çempionu olan Kriştiano Ronaldo ilə müqayisədə komanda yoldaşı Lionel Messinin bu ilin ən yaxşı oyunçusuna veriləcək "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib:

"Bəli, Ronaldo çox önəmli titullar qazandı. Ancaq mənim Messinin hələ də dünyanın ən yaxşı futbolçusu olduğuna şübhəm yoxdur.

O, Argentina yığması ilə Amerika kubokunun qalibi ola bilmədi. Ancaq "Barselona" ilə çox titullar əldə edib.

Messinin bu il "Qızıl top"u qazanıb-qazanmayacağını bilmirəm. Ancaq düşünürəm ki, o, bu mükafatı qazanmağa layiqdir".

 





23.07.2016    çap et  çap et