525.Az

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum oldu


 

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum oldu<b style="color:red"></b> Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin rəisi Hubertus Andre  bildirib.
 
Məlumata görə, cinayəti törətməkdə 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. 

Onun intihar etdiyi ehtimal olunur.
 
“Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.
 
İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.
 





23.07.2016    çap et  çap et