525.Az

Vahid Avropa ordusunun yaradılması təklif edilir


 

Vahid Avropa ordusunun yaradılması təklif edilir<b style="color:red"></b>

“Vışeqrad dördlüyü” vahid Avropa ordusunun yaradılması məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır.

Çexiyanın baş naziri Boquslav Sobotkanın sözlərinə görə, birgə müdafiə ideyası Avropada getdikcə daha çox dəstək qazanır.

B.Sobotka “Vışeqrad dördlüyü” ölkələrinin (Çexiya, Slovakiya, Macarıstan, Polşa) hökumət başçılarının iyulun 21-də Varşavada keçirilən danışıqlarından sonra deyib:

“Avropanın birgə sərhəd və sahil zolağı mühafizəsini bir il ərzində təmin edə bilmişiksə, deməli, vahid Avropa ordusunun yaradılması layihəsini həyata keçirmək də tamamilə realdır”.

Baş nazirin fikrincə, Avropa İttifaqı Bratislavada keçiriləcək sammitdə “Brexit”lə deyil, başqa məsələlərlə, ilk növbədə Aİ çərçivəsində zəruri dəyişikliklərlə məşğul olmalıdır.

AzərTAc

 





23.07.2016    çap et  çap et