525.Az

Bu gün Milli Qəhrəmanın doğum günüdür


 

Bu gün Milli Qəhrəmanın doğum günüdür <b style="color:red"></b>

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mayor Hüseynov Elman Süleyman oğlunun doğum günüdür.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstituna qəbul olub, 1973-cü ildə təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində baş leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin ilk nizami hərbi hissələrinin formalaşdırılmasında xüsusi xidmətləri olub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb.

1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də prezidentin fərmanı ilə ölümündən sonar “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülüb. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb. Evli idi. Üç övladı var.

 





28.02.2013    çap et  çap et