525.Az

3 şəhidin medalı valideynlərinə təqdim olundu


 

3 şəhidin medalı valideynlərinə təqdim olundu<b style="color:red"></b> Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlunun layiq görüldüyü “İgidliyə görə” medalı ailəsinə təqdim edilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı Şamaxı rayon İcra Hakimiyyətində mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Şamaxı RİH başçısı Asif Ağayev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar. Şəhidin layiq görüldüyü medal onun atası Ziyəddin Kaçayevə təqdim olunub. Tədbirdə aprelin əvvəlində ordumuzun uğurlu döyüş əməliyyatlarından bəhs edən film nümayiş olunub.
 
Qeyd edək ki, Samir Kaçayev cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi.
 
Mərasimdə Azərbaycan Ordusunun şəhid olan əsgərləri, 1997-ci il təvəllüdlü Səmədov Elşən Səlim oğlu və 1997-ci il təvəllüdlü Zəkarayev Nazim Nadir oğlunun da layiq görüldükləri “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallar onların analarına təqdim olunub.
 
Elşən Səmədov və Nazim Zəkarayev də aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olublar.
 





23.07.2016    çap et  çap et