525.Az

Vitali Arkov: “Jirayr Səfilyanın silahdaşları öz ümidlərində yanıldılar”


 

Vitali Arkov: “Jirayr Səfilyanın silahdaşları öz ümidlərində yanıldılar”<b style="color:red"></b>

Politoloq, “PolitRUS” analitik şəbəkənin rəhbəri Vitali Arkov Yerevanda baş verən son proseslərə münasibət bildirib.

O, “Eurasia Diary”nin suallarını cavablandırıb.

Qeyd edək ki, “Yeni Ermənistan” hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt İrəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçirib. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də, 4 nəfəri hələ azad olunmayıb. Silahlı qrup həbsdə olan Jirayr Səfilyanın azad olunmasını, həmçinin, prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Vitali Arkov Yerevan hadisələrini şərh edib: “Radikal müxalifət xadimi, “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Səfilyanın həbsindən sonra hərəkatın əksər üzvləri radikal müxalifətin əsassız “təmizlənməsi”ndən çəkindilər və düşündülər ki, Serj Sarkisyan hakimiyyətindən narazı xalq da onları dəstəkləyəcək. Rusiya rəhbərliyində, xüsusilə xarici siyasət blokunda - Ermənistan lobbisi olduqca güclüdür. Hələ ki, Serj Sarkisyanın fəaliyyəti onların - rəsmi və “kölgə” rəhbərlərinin maraqlarına cavab verir. Bu baxımdan hakimiyyətin dəyişmə ehtimalı yoxdur. Proseslər tezliklə yatırılacaq. Bir sözlə, Jirayr Səfilyanın silahdaşları öz ümidlərində yanıldılar.

Həmçinin Moskva öz maraqlarına daxil olan ərazilərdə hər hansı etiraz hərəkətlərini həyəcanla qarşılayır. Rəsmi Moskva anlayır ki, uydurma müxalifət belə, xarici operatorlar tərəfindən inqilab üçün istifadə oluna bilər. Buna, Ukraynada kifayət qədər təkmil Viktor Yanukoviçin hökumətinə qarşı milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibokun vasitəsilə törədilən inqilabı misal göstərə bilərik. Nəticə etibarı ilə həmin inqilabın kimlər tərəfindən və kimin əlilə törədildiyini bilmiş olduq. Rusiyada Tyaqnibokun bu “rolu”nu Aleksey Havalniy, Ermənistanda isə -  “Erməni Milli Konqresi” fraksiyasının üzvü Nikol Paşinyan  icra edir”.

Xatırladaq ki,  Səfilyan qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda ittiham olunaraq saxlanılıb.

Nikol Paşinyan isə nümayişçilər, silahlılar və hökumət arasında vasitəçilik edir. Belə ki, nümayişçilər polis alayının binasında girovları saxlayan silahlıların yeməklə təmin edilməsini tələb edirdilər ki, qidaları radikallara müxalifət deputatı Nikol Paşinyan çatdırmalı idi. Lakin nümayişçilər rədd cavabı aldıqdan sonra binanın ətrafındakı mühasirəni yarmağa çalışıb. Beləliklə, insident daha da böyüyüb”.

 





23.07.2016    çap et  çap et