525.Az

Bakıda Azərbaycan-İraq mədəni dəyərlər sərgisi


 

Bakıda Azərbaycan-İraq mədəni dəyərlər sərgisi <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Azərbaycan-İraq xalqlarının multikulturalizminin, milli dəyərlərinin, tarixi həqiqətlərinin beynəlxalq media və ictimaiyyətə çatdırılması” mövzusunda sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi İB-nin “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq, Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizin beynəlxalq mediada təqdimatı” layihəsi çərçivəsində reallaşdırılıb.

Layihənin rəhbəri və İB-nin sədri Tahirə Məmmədova həyata keçirilən layihə haqqında məlumat verib.

Qeyd olunub ki, layihədə, Azərbaycan və İraq xalqlarının multikulturalizm və mədəniyyəti ilə yanaşı, milli dəyərləri qoruyaraq, təbliğ etmək, tarixi həqiqətləri beynəlxalq media və ictimaiyyətin diqqətinə çatdırmaq kimi mühüm məsələlər nəzərdə tutulur.

İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirilib ki, belə tədbirlərin təşkil olunması iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafına töhfə verəcək.

Sonra sərgiyə baxış olub.

Sərgidə Azərbaycan-İraq xalqlarının folklor, tarixi-mədəniyyət, incəsənət, geyim, musiqi, mətbəx nümunələri və erməni separatçılarının Qarabağda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər nümayiş olunub.

Daha sonra İB tərəfindən layihənin həyata keçməsində əməyi olan bütün təşkilatlar və bir qrup iraqlı jurnalist fəxri fərmanlarla mükafatlandırılıb.

 





23.07.2016    çap et  çap et