525.Az

Sumqayıtda yeni mədəniyyət layihəsi


 

Sumqayıtda yeni mədəniyyət layihəsi<b style="color:red"></b>

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni layihəyə start verib. Belə ki, yeni açılan turizm obyektlərində əhalinin mədəni istirahətinin təşkili məqsədilə mədəniyyət müəssisələri davamlı olaraq konsert proqramı ilə çıxış edəcəklər.

İdarənin mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, ilk belə konsert proqramı Goradildə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət mərkəzinin açılışı zamanı reallaşıb.

Sumqayıt və Corat qəsəbəsindəki mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda Akkaya, Ravin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb.

Konsert zamanı göstərilən şou proqram isə uşaqların böyük sevincinə səbəb olub.

 





23.07.2016    çap et  çap et