525.Az

Abidələrin mühafizəsi ilə bağlı səyyar seminar-treninq


 

Abidələrin mühafizəsi ilə bağlı səyyar seminar-treninq<b style="color:red"></b>

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişafı məqsədilə təşkil edilən seminar-treninq iyulun 23-dək davam edəcək.

Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 nəfər abidə-mühafizəçi iştirak edir.

 





23.07.2016    çap et  çap et