525.Az

Bakıda yol tikintisinə 8.5 milyon manat ayrıldı


 

Bakıda yol tikintisinə 8.5 milyon manat ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncam əsasən, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılıb.
 
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətibu məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.
 





24.07.2016    çap et  çap et