525.Az

“Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən olub”


 

“Rusiya çevriliş cəhdi zamanı Türkiyəyə ən çox dəstək verən ölkələrdən olub”<b style="color:red"></b> Rusiya çevrilişə cəhd  zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.
 
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. 
 
“Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”, - deyə Çavuşoğlu qeyd edib.
 
O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: “Çevriliş cəhdi barədə yalnız  ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”, - deyə nazir vurğulayıb.   
 
Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”.
 





24.07.2016    çap et  çap et