525.Az

Fətullah Gülənin "sağ əli" saxlanıldı


 

Fətullah Gülənin "sağ əli" saxlanıldı<b style="color:red"></b> Türkiyədə Fətullah Gülənin baş köməkçisi saxlanılıb. 
 
APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə prezident administrasiyasındakı mənbə bildirib.
 
Mənbənin məlumatına görə, Halis Hanci Fətullah Gülənin “sağ əli”dir. Onun Türkiyəyə hərbi çevrilişə cəhddən iki gün əvvəl gəldiyi bildirilir. 
 
Qeyd edək ki, ötən gün Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid saxlanılıb. 

O, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb.
 





24.07.2016    çap et  çap et