525.Az

"Yuventus" 120 milyon avroluq təklifi rədd etdi


 

"Yuventus" 120 milyon avroluq təklifi rədd etdi<b style="color:red"></b>

"Mançester Yunayted"in "Yuventus"un futbolçusu Pol Poqbanı transfer etmək israrı davam edir.

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlmata görə, Mançester təmsilçisi növbəti dəfə "Yuventus"a təklif göndərib.

Lakin Turin təmsilçisi "Mançester Yunayted"in 120 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, 2012-ci ildən "Yuventus"da çıxış edən fransalı futbolçu 124 oyunda 28 qol vurub.

 





25.07.2016    çap et  çap et