525.Az

“Türkiyə Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil”


 

“Türkiyə Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil”<b style="color:red"></b> “Türkiyə mövcud halı ilə yaxın zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq”.
 
APA-nın “Reuters" ə istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker “France 2” televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq.
 
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini də ölüm hökmü bərpa edilən ölkənin Avropa İttifaqına üzv ola bilməcəyi ilə bağlı açıqlama vermişdi.
 





25.07.2016    çap et  çap et