525.Az

Bakıdan Batumiyə avtobus reysi fəaliyyətə başladı


 

Bakıdan Batumiyə avtobus reysi fəaliyyətə başladı<b style="color:red"></b> Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı "APA-Economics"ə bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.
 
Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.
 





25.07.2016    çap et  çap et