525.Az

Məşhur şairin yayınlanmamış şeirləri tapılıb


 

Məşhur şairin yayınlanmamış şeirləri tapılıb<b style="color:red"></b>

Nobel mükafatı laureatı olan şair və yazıçı Rudyard Kiplinqin yayınlanmamış 50-dən çox şeiri tapılıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Kaliforniya Universitetinin professoru Tomas Pineyin ortaya çıxardığı şeirlərin şairin digər 1300 şeiriylə birlikdə Kembric Universiteti tərəfindən nəşr etdiriləcəyi və marta oxuculara təqdim olunacağı bildirilib.

İtdiyi düşünülən şeirlərin Manhettendə bir evin təmiri zamanı ailəyə aid sənədlərin arasından tapıldığı bildirilir.

1907-ci ildə Nobel mükafatına layiq görülən Kiplinq 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində İngiltərənin ən tanınmış şeir, roman və hekayə yazarlarından biri olub. Siyasi baxışlarına görə tənqidlərə də məruz qalan Kiplinq böyük yazıçı Corc Oruell tərəfindən "İngilis imperializminin peyğəmbəri" adlandırılıb.

 





28.02.2013    çap et  çap et