525.Az

Türkiyədə 11 jurnalist ölkədən qaçdı


 

Türkiyədə 11 jurnalist ölkədən qaçdı<b style="color:red"></b> Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə görə barələrində həbs qərarı çıxarılmış jurnalistlərdən 11 nəfərinin ölkədən qaçdığı bəlli olub.
 
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 8 nəfəri Türkiyədə Fətullahçıların uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı istintaq aparıldığı müddətdə ölkədən gedib.
 
Həmin media mənsubları Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvidir.
 
Digər 3 jurnalist isə Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu isə iyulun 15-dən əvvəl Türkiyədən çıxıb.
 
Xatırladaq ki, İstanbul Prokurorluğu dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində aralarında tanınmış jurnalist Nazlı Ilıcakın da olduğu 42 jurnalistin saxlanılmasına qərar verib.
 





25.07.2016    çap et  çap et