525.Az

Ermənilər Laçında Su Elektrik Stansiyası tikir


 

Ermənilər Laçında Su Elektrik Stansiyası tikir <b style="color:red"></b> Ermənilər işğal altındakı Qarabağ torpaqlarının qanunsuz istismarını davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Araz çayının sol qolu sayılan Həkəri və Bərgüşad çaylarının qovşağında, Laçın rayonu ərazisində Su Elektrik Stansiyası inşa edir.

Separatçı qurumun rəhbəri Bako Saakyan SES-in tikintisinin Laçın rayonu ərazisində məskunlaşdırılan sakinlərin elektrik enerjisinə ehtiyacını tam ödəyəcəyini deyib.

O, rayonun ərazisində bir neçə il əvvəl salnmış Tsitsernavank kəndində də olub.
 





25.07.2016    çap et  çap et