525.Az

İşdə tərəvəz, meyvə və buterbrod yemək məsləhətdir


 

İşdə tərəvəz, meyvə və buterbrod yemək məsləhətdir<b style="color:red"></b>

İstənilən ofis işçisinin nahar fasiləsi vaxtı olur. Adətən nahar fasiləsinə 30-60 dəqiqə vaxt verilir. Buna görə də yemək həm əlüstü, həm də faydalı olmalıdır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, bütün məhsullar mütləq soyuducuda saxlanılmalıdır.

Bu ona görə vacibdir ki, işə gətirdiyiniz yemək gün ərzində xarab olmasın. Ofisdə boşqabdan yemək və qab-qacaq dəstindən istifadə etmək çox da rahat deyil.

Yaxşısı budur ki, meyvə və tərəvəz doğraya biləcəyiniz xüsusi konteyner gətirəsiniz. Əgər siz buterbrod yeməyi planlaşdırırsınızsa, onu elə hazırlamalısınız ki, əlinizdə rahat tuta biləsiniz.

Yüngül yemək üçün banan, alma, portağal, kök, xiyar, bibər, giləmeyvə və s. əla gedər. İşə hazır kökələr də götürmək olar. Bu məhsullarda sağlamlığa və maddələr mübadiləsinə faydalı olan çoxlu mineral və vitaminlər var. Hazır kökələr tez doymağa kömək edir və demək olar kalorisizdir. Bu cür məhsullardan istifadə etməklə artıq çəkinin nə demək olduğunu unuda bilərsiniz.

İşə rollı (Yaponiya, yaxud Koreya mətbəxinin yeməyi) da götürə bilərsiniz. Onun üçün içliyi yunan qabağı və badımcan kürüsü, tərəvəz və ya göyərti əlavə edilmiş kəsmikdən hazırlamaq olar.

İşə qoz-fındıq gətirməyə çalışmayın. Onlar, sözsüz ki, dadlıdır, lakin kalorilidir. Mağazadan alınmış quru meyvə də məsləhət deyil, çünki onlara şirə hopdururlar. Ən yaxşısı quru meyvəni ev şəraitində hazırlamaqdır.

İşdə su içməyi yaddan çıxarmayın. Əgər gündə iki litr su içsəniz, sağlamlığınızı qoruya bilərsiniz.

Yadda saxlayın ki, düzgün qidalanmaq lazımdır, çünki səhhətiniz və iş qabiliyyətiniz bundan asılıdır.

 





25.07.2016    çap et  çap et