525.Az

Çavuşoğlu: "Səfir səviyyəsində işdən çıxarılanlar olacaq"


 

Çavuşoğlu: "Səfir səviyyəsində işdən çıxarılanlar olacaq"<b style="color:red"></b> "Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq".
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində deyib.
 
Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: “Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib”.
 
M. Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik ciddi şəkildə çalışmaları davam etdirir: “Xəta payımızı minimallaşdırmaq üçün çox ciddi çalışırıq”.
 





25.07.2016    çap et  çap et