525.Az

“Türk Hava Yolları”ndan 211 əməkdaş qovulub


 

“Türk Hava Yolları”ndan 211 əməkdaş qovulub<b style="color:red"></b> "Türk Hava Yolları"nın rəhbərliyi qurumun 211 əməkdaşının işdən kənarlaşdırılması barədə qərar qəbul edib.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, vəzifədən çıxarılanlar arasında THY baş direktorunun müavini Coşkun Kılıç, “AnadoluJet”i idarə edən İbrahim Doğan, 3 idarə rəhbəri, 2 idarə rəhbəri müavini, 15 pilot da var. 
 
THY rəhbərliyi onların bir qisminin işdə yol verdiyi nöqsanlar, faydalı iş əmsalının azlığı, bir hissəsinin isə “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduqları üçün işdən qovulduqlarını açıqlayıb.
 





25.07.2016    çap et  çap et