525.Az

Ərdoğanın müxalifət liderləri ilə görüşü 3 saata yaxın davam edib


 

Ərdoğanın müxalifət liderləri ilə görüşü 3 saata yaxın davam edib<b style="color:red"></b> Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.
 
Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.
 





26.07.2016    çap et  çap et