525.Az

Bir məktəbin 27 məzunu 600-dən çox bal yığıb


 

Bir məktəbin 27 məzunu 600-dən çox bal yığıb<b style="color:red"></b>

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27-i məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.

Gimnaziyanın direktoru, Əməkdar müəllim Nizami Əhmədov AZƏRTAC-a bildirib ki, gimnaziyada iki buraxılış sinfi olub.

Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib.

Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən, 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.

“Bu şagirdlər gimnaziyada çalışqan olmaları, dərsə davamiyyətləri, aldıqları yüksək qiymətlərlə seçiliblər.

Ona görə də, belə uğurlu nəticəni gözləyirdik”, - deyə N.Əhmədov deyib.

 





26.07.2016    çap et  çap et