525.Az

Qaçan qiyamçı türk generallar Dubayda tutuldu


 

Qaçan qiyamçı türk generallar Dubayda tutuldu<b style="color:red"></b>

Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda günahlandırılan türk generallar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

BƏƏ-də Əfqanıstandakı Türkiyə hərbi kontingentinin komandanı briqada generalı Cahid Bəkir və briqada generalı Şener Topuç saxlanılıblar. Onlar Əfqanıstandan qaçandan sonra bu gün Türkiyə kəşfiyyatı tərəfindən Dubayda saxlanılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 





26.07.2016    çap et  çap et