525.Az

Türkiyədə rektorların təyinatı təxirə salındı


 

Türkiyədə rektorların təyinatı təxirə salındı<b style="color:red"></b>

Türkiyədə universitetlərə yaxın vaxtlarda gözlənilən rektorların təyin edilməsi təxirə salınıb.

Bu barədə Trend "Milliyət" qəzetinə istinadən məlumat verir.

İyulun 26-28-də gözlənilən təyinatlar Fətullah Gülən terror təşkilatı ilə mübarizə çərçivəsində təxirə salınıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 





26.07.2016    çap et  çap et