525.Az

Ərdoğan və Putinin qarşıdakı görüşünə rəsmi şərh


 

Ərdoğan və Putinin qarşıdakı görüşünə rəsmi şərh <b style="color:red"></b> "Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında avqustun 9-da Sankt-Peterburqda keçiriləcək görüşdə müzakirə üçün mövzu qıtlığı olmayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik görüşün gündəliyi müzakirə olunmadığından müxtəlif ehtimallar irəli sürülür. Amma müzakirə ediləsi xeyli məsələ var.

İki ölkə başçısı uzun müddətdən, yaşanmış səhifəni bağladıqdan sonra ilk dəfə görüşəcəyindən əminliklə deyə bilərik ki, mövzu qıtlığı yaşanmayacaq", - deyə D.Peskov bildirib.
 





26.07.2016    çap et  çap et